Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xızı Rayon Komitəsi, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Xızı rayon Komitəsi, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində əməli işlər görür.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 21 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 504 nəfər ittifaq üzvünü özündə birləşdirir.
Xızı Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


